• Bakı 19° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Türkiyənin 3 hərbçisi şəhid olub - 3 nəfər yaralanıb + YENİLƏNİB

DÜNYA

27 Noyabr 2022 | 00:26

Türkiyənin 3 hərbçisi şəhid olub - 3 nəfər yaralanıb + YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi şəhid olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Pəncə-Kilid” əməliyyatı bölgəsində yaralanan müqaviləli hərbi qulluqçu Hakan Koroğlunun həyatını həkimlərin bütün müdaxilələrinə rəğmən xilas etmək mümkün olmayıb və o, şəhid olub”, - məlumatda bildirilib.

Bundan başqa, telekanalın məlumatına görə, eyni bölgədə xidmətdə olan çavuş Mustafa Işıkı şimşək vuraraq öldürüb.  

 

***21:28

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Yaralılarımız dərhal xəstəxanaya qaldırılıb və müalicələrinə başlanılıb. Bizi dərin acı və üzüntüyə boğan bu olayda həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbir, yaralılarımıza şəfa diləyirik”, - Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.


SON XƏBƏRLƏR

19 Aprel 2024