• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sunak və Şolts Rusiyaya qarşı razılığa gəldi

DÜNYA

27 Oktyabr 2022 | 23:32 | Müəllif: Subhan Mahmudov

Sunak və Şolts Rusiyaya qarşı razılığa gəldi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsi və Ukraynaya verilən dəstəyin gücləndirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər.

Liderlər beynəlxalq enerji təhlükəsizliyi məsələsi də daxil olmaqla ümumi çağırışlara birgə cavab vermək üçün Böyük Britaniya və Avropa İttifaqı arasında əməkdaşlığı gücləndirmək istəklərini ifadə ediblər.

Qeyd edək ki, Sunak və Şolts arasında görüş noyabrın 15-16-da İndoneziyada keçiriləcək “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026