• Bakı 14° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Rusiya nüvə arsenalındakı sistemləri işə saldı

DÜNYA

26 Noyabr 2022 | 19:20

Rusiya nüvə arsenalındakı sistemləri işə saldı

Böyük ehtimalla Rusiya nüvə arsenalındakı köhnə qanadlı raketlərdən nüvə başlıqlarını çıxararaq, Ukraynaya zərbə vurur.

Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Məlumata görə, 1980-ci illərdə sırf nüvə daşıma sistemi kimi hazırlanmış AS-15 KENT qanadlı raketinin (X-55) qalıqları fotoşəkillərdə üzə çıxıb.

İngilis kəşfiyyatı iddia edir ki, Rusiya nüvə başlığını ballastla əvəz edərək bu raketlərlə Ukraynaya zərbələr endirib. Bununla belə, ekspertlər belə bir inert sistemin raketin kinetik enerjisi və yanacağı vasitəsilə müəyyən ziyan vurmağa qadir olsa da, hədəfi dəqiqliklə vura biləcəyinə şübhə edirlər.

Eyni zamanda, Britaniya kəşfiyyatı istisna etmir ki, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərini bu yalançı raketlərlə yayındıracağına ümid edir.

"Niyyəti nə olur-olsun, bu improvizasiya Rusiyanın uzaqmənzilli raket ehtiyatının nə qədər tükəndiyini göstərir", - məlumatda bildirilir.

"Defence Express" hərbi mənbələrə istinadən yazır ki, noyabrın 17-də Kiyev səmasında vurulmuş qanadlı raketlərdən biri nüvə başlığının simulyatoru ilə təchiz olunub. Bu, X-55 tipli qanadlı raketdir.


SON XƏBƏRLƏR

28 Mart 2024