• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

“Vaqner”çilər general Gerasimovu təhqir etdi

DÜNYA

26 Dekabr 2022 | 18:11 | Müəllif: Subhan Mahmudov

“Vaqner”çilər general Gerasimovu təhqir etdi

Rusiya Teleqram-kanalları “Vaqner” özəl hərbi şirkətinin silahlılarının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova müraciətini yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki, kadrlarda iki muzdlu əsgər görünür. Burada onlar Gerasimovu homoseksuallığı ifadə edən söyüşlə “bəzəyiblər”.

Muzdlulardan biri yanındakı boş silah qutularını göstərib, “Bizim vuruşmağa sursatımız qalmayıb, kömək et. Bizim uşaqlar Baxmutda bütün Ukraynaya qarşı döyüşür. Səni isə ancaq bir sözlə ifadə etmək olar...”, - deyə səslənib.

Qeyd edək ki, Rusiya mətbuatı “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında gərgin münasibətlərin olduğunu dayanmadan yazır.

“Vaqner”çilər savaşdakı uğursuzluqlarda açıq-aşkar müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu suçlamaqdan çəkinmirlər.

Onlara Çeçenistan lideri Ramzan Kadırovun da qoşulduğu deyilir.(musavat)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026