• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Paytaxtda karantin qərarı: Yoluxucu xəstəlik tüğyan edir

DÜNYA

25 Yanvar 2023 | 13:50

Paytaxtda karantin qərarı: Yoluxucu xəstəlik tüğyan edir

Şimali Koreyanın paytaxtı Pxenyanda növü hələ dəqiqləşdirilməyən yoluxucu xəstəlik tüğyan edir.

Bakıvaxtı.az xarici xəbər verir ki, bu barədə NK News-un məlumatında bildirilir.

Məlumata görə, tənəffüs yolu ilə yoluxan xəstəlik hallarının artması səbəbindən paytaxtda komendant saatı elan edilib.

Elanda COVID-19-dan bəhs edilməyib, lakin şəhər sakinlərinə bazar gününün sonuna qədər evdə qalmaları və hər gün bir neçə dəfə temperaturu yoxlamaq tövsiyə edilib.

Xəbər saytı Pxenyan sakinlərinin daha sərt tədbirlər gözləyərək mal ehtiyatı yığdığını bildirib.

Şimali Koreyanın digər hissələrinin yeni karantin tətbiq edib-etmədiyi bəlli deyil.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR