• Bakı 22° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Yellen ABŞ inflyasiyasını qiymətləndirdi

DÜNYA

24 Fevral 2023 | 12:50

Yellen ABŞ inflyasiyasını qiymətləndirdi

"ABŞ-da inflyasiya aşağı düşür, lakin 2 faizlik hədəfə çatmaq üçün hələ çox iş görülməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Hanet Yellen deyib.

G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü üçün Hindistanda jurnalistlərlə görüşən Yellen hələ də güclü əmək bazarı və güclü ABŞ balansı sayəsində iqtisadiyyatda "yumşaq eniş"in mümkün olduğuna inandığını bildirib.

Nazir bildirib ki, inflyasiya 12 aylıq bazada ölçülsə, aşağı düşər. Ancaq baza inflyasiya hələ də 2 faizlik hədəfin üzərində qalır.

Qlobal görünüş və ABŞ iqtisadiyyatının Ukrayna müharibəsinə baxmayaraq yaxşılaşmağa davam etdiyini ifadə edən Yellen "Məşğulluq artmağa davam edir. Ev təsərrüfatları yaxşı vəziyyətdədir" deyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026