"2023 işğalçı üzərində qələbə ili olacaq".
Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir ki. bunu prezident Vladimir Zelenski müharibənin ildönümündə ukraynalılara müraciətində deyib.
"Fevralın 24-də milyonlarla insanımız seçim etdik: ağ bayraq yox, mavi-sarı bayraq. Qaçış yox, görüş. Düşmənlə görüş. Müqavimət və mübarizə", - deyə prezident "Telegram"da video paylaşaraq vurğulayıb. .
Onun sözlərinə görə, mübarizə ili dərd, peşmanlıq, iman və birlik ili olub.
"Və bu il bizim sizinlə yenilməzliyimiz ilidir. Bilirik ki, bu il sizinlə qələbəmiz ili olacaq!", - deyə Zelenski bildirib.
Ukrayna xalqının güclü, hər şeyə hazır olduğunu deyən V.Zelenski düşməni məğlub edəcəklərini vurğulayıb: "Çünki biz Ukraynayıq!"
Bir il əvvəl - müharibə başlayanda xalq müraciət etdiyini xatırladan Ukrayna prezidenti hər sabah üçün mübarizə aparmağın vacibliyini qeyd edib: "Düz bir ildir ki, dayanırıq”.
Murad Məmmədli
















