Rusiya yeni hücuma hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində bəyan edib.
Zelenski xalqa müraciətində xəbərdarlıq edərək, deyib ki, Rusiya səfərbər edə biləcəyi qüvvələrlə yeni hücuma hazırlaşır.
"İşğalçılar artıq Bəhmut, Vühlədar və digər istiqamətlərdə təzyiqlərini artırırlar. Onlar təzyiqi daha geniş miqyasda artırmaq istəyirlər. Rusiya daha çox adamını və texnikasını müharibəyə atmaq istəyir. Bu o deməkdir ki, azad dünya əməkdaşlığını sürətləndirməlidir. Bu, Rusiyanın yeni cinayət əməllərinin mümkün qədər qarşısını almaq üçün cavab olacaq”.
Ukrayna prezidenti Fransa prezidenti Emmanuel Makron və Finlandiya prezidenti Sauli Niinistonun paytaxt Kiyevə səfərini də dəyərləndirib:
“Finlandiyadan müdafiə də daxil olmaqla yeni bir dəstək paketi gəldi. Rusiyaya qarşı sanksiyaları gücləndirmək və diplomatik təşəbbüslərimizdə iştirak etmək istəyi var. Avropa və Avro-Atlantika institutları çərçivəsində əməkdaşlıq etmək üçün bu ili ölkələrimizin xeyrinə necə istifadə edə biləcəyimizə dair vizyonumuz var”.
Ay Tac















