• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Zelenskidən ÇAĞIRIŞ

DÜNYA

26 Noyabr 2022 | 18:26

Zelenskidən ÇAĞIRIŞ

"Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir. Bunun üçün “taxıl dəhlizi”ni ölkənin digər limanlarına qədər genişləndirmək lazımdır".

Bakıvaxtı.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ərzaq təhlükəsizliyi üzrə beynəlxalq sammitdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, taxıl təşəbbüsü tam gücü ilə işləmir və Rusiya tərəfinin günahı ucbatından Bosforda 80-dən çox gəmi qalıb.

“Biz limanların sayının artırılmasının və bu mühüm təşəbbüsün qeyri-müəyyən müddətə davam etdirilməsinin, Rusiyanın bir daha buna mane olmamasının tərəfdarıyıq”, - Zelenski bildirib.

O qeyd edib ki, humanitar böhrandan çıxmaq, xüsusilə aclıqla üzləşən ölkələrin ehtiyaclarını ödəmək üçün Ukrayna taxıl təşəbbüsünü irəli sürüb və bu təşəbbüs çərçivəsində ərzaq məhsulları Afrika və Asiya ölkələrinə çatdırılacaq.

Zelenski vurğulayıb ki, Ukrayna 2023-cü ilin yazına qədər Efiopiya, Sudan, Somali, Yəmən, Konqo, Keniya və Nigeriyaya azı 60 taxıl gəmisi göndərməyi planlaşdırır.


SON XƏBƏRLƏR