• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Köhnə əti təzə adıyla satıblar - FOTO 

DÜNYA

26 Dekabr 2022 | 16:17

Köhnə əti təzə adıyla satıblar - FOTO

Son aylarda bitib-tükənməyən ərzaq böhranının yaşandığı Böyük Britaniyada ötən həftə qalmaqallı görüntülər paylaşılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ənənəvi Milad şənliklərində hinduşka bişirməyin adət olduğu ölkələrdən biri olan İngiltərədə vətəndaşlar supermarketdən aldıqları ətin görüntülərini sosial media hesablarında paylaşıblar.

“Quş qripi” təhlükəsi səbəbindən ölkə üzrə milyonlarla ev quşu məhv edilib.

Məlum olub ki, əksər mağazalar şəbəkəsi hinduşka ehtiyatları tükəndiyi üçün dondurulmuş məhsulları yeni kimi etiketləyərək rəflərə qoyur. Aylarla dərin dondurucularda saxlanılan məhsullar zəncir marketlər tərəfindən əridildikdən sonra satışa çıxarılıb.

Təzə və ya dondurulmuş hinduşka aldıqlarını zənn edən ingilislər, Milad yeməyini hazırlamaq üçün məhsulu açanda həyatlarının şokunu yaşayıblar. Hind quşlarının saraldığı və göyərdiyi görünərkən, ətdən gələn qoxu inanılmaz dərəcədə alıcıları təəccübləndirib.

Fotoları təqdim edirik:

Nuranə Daxilqızı


Köhnə əti təzə adıyla satıblar - FOTOKöhnə əti təzə adıyla satıblar - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR