• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Stoltenberqdən Rusiyaya XƏBƏRDARLIQ

DÜNYA

25 Yanvar 2023 | 12:28

Stoltenberqdən Rusiyaya XƏBƏRDARLIQ

“Kremlin “nüvə ritorikası” məsuliyyətsiz və təhlükəlidir”.

Bakıvaxtı.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın "Welt" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın nüvə silahından istifadə ehtimalı azdır: “Rusiya bilməlidir ki, nüvə müharibəsində qalib gəlmək olmaz. Deməli, bu savaşı başlatmaq da olmaz”.

Bununla yanaşı, Y.Stoltenberq qeyd edib ki, NATO Moskvanın hərəkətlərini diqqətlə izləməkdə davam edir. Onun sözlərinə görə, hazırda Rusiya nüvə qüvvələrində heç bir dəyişiklik yoxdu: “Əks halda biz mütləq reaksiya verərdik”.

Xatırladaq ki, Ukrayna Prezident Ofisinin qənaətinə görə, Moskvanın nüvə şantajı sadəcə boş hədələrdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026