• Bakı 23° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Koronavirusun yeni simptomları aşkarlandı

DÜNYA

26 Dekabr 2022 | 16:28

Koronavirusun yeni simptomları aşkarlandı

Çində yenidən yüksələn COVID-19 ölkəni öz təsiri altına alıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Çin Milli Səhiyyə Komitəsi yoluxmaların və ölümlərin sayını elan etməyi dayandırsa da, gündəlik yoluxma sayının 37 milyona yüksəldiyi iddia edilib.

COVID-19 ölümlərinin sürətlə artdığı Çində anormal simptomların aşkarlanması yeni mutasiyanın ortaya çıxması ilə bağlı narahatlıqları artırıb. Məlum olub ki, bəzi xəstələrdə COVID-19-a yoluxduqdan sonra üzün və dilin qaralması, hər iki gözdə şiddətli şişkinlik kimi anormal simptomlar müşahidə olunub.

Tianjində bir xəstəyə virus diaqnozu qoyulduqdan sonra onun həm dili, həm də dişləri qaralıb. Xəstələr bütün bədənlərində ağrılardan şikayət ediblər.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR