Hindistanda 28 nəfər fırıldağın qurbanı olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Yeni Dehli Dəmiryol Vağzalında qeydə alınıb. Belə ki, həmin şəxslər işə götürüləcəkləri vədi ilə hər gün 8 saat vağzala girib-çıxan qatarları, maşinistləri sayıblar. Ancaq sonda aldadıldıqlarının fərqinə vararaq polisə müraciət edibler.
Məlumata görə, fırıldaqçılarla iş axtaranlar arasında vasitəçi rolunu oynayan Subbusvami adlı keçmiş ordu zabiti polisə müraciətində özünü "dövlət məmuru" kimi təqdim edən Sivaramana inandığını və işsiz insanlara dövlət qulluğu göstərmək istədiyini və doğulduğu Tamil Nadu əyalətinin Virudhunagar rayonundan insanlara kömək etdiyini bildirib.
Subbusvami iddia etdi ki, o, sonradan aldadıldığını anlayıb və həmyerlilərindən heç bir maddi vəsait almadığını qeyd edib.
Məlum olub ki, 28 nəfər iyun və iyul aylarında Nyu-Dehli Dəmiryol Vağzalına girib-çıxan qatarları və maşinistləri sayaraq, bunun işə götürüləcəkləri vəzifə üçün “təlim” olduğunu düşünüblər.
Aldadılan “işçilər” təxminən 1 aya yaxın stansiyada hər gün 8 saat qatar sayıblar.
Aytac Aslan














jpg-1674630304.webp)

