• Bakı 12° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zavodda partlayış oldu -  Yaralılar var

DÜNYA

26 Dekabr 2022 | 15:21

Zavodda partlayış oldu - Yaralılar var

Bu gün yerli vaxtla 12:42-də İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəri yaxınlığında Azərşəhr şəhərində boya zavodunda partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin icra direktoru Həmid Münəccim deyib.

H.Münəccimin sözlərinə görə, ilkin məlumatlara əsasən, hadisə nəticəsində təxminən 50 nəfər yaralanıb, yaralılardan 10-nun vəziyyəti ağırdır.

Münəccim əlavə edib ki, zavodda yanğınsöndürmə əməliyyatı davam edir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026