• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rusiyada Paşinyandan Azərbaycan AÇIQLAMASI - ŞƏRH

SİYASƏT

07 Sentyabr 2022 | 14:23

Rusiyada Paşinyandan Azərbaycan AÇIQLAMASI - ŞƏRH

“Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən və rusiyalı həmkarı Vladimir Putinin də iştirak etdiyi Şərq İqtisadi Forumundakı çıxışında Azərbaycanla sərhədlərin müəyyənləşməsinə, kommunikasiya xətlərinin açılmasına və Türkiyə ilə dialoqa müsbət yanaşdığını bildirib. Onun bu sözlərində yeni heç nə yoxdur, hər zaman söylədiyini, ancaq həllini uzatdılqarını təkrarlayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, onun diqqətini Paşinyanın başqa sözləri çəkib: “O, Ukraynadakı münaqişəni Qafqazda vəziyyətin pisləşməsi ilə əlaqələndirərkən bunları deyib: “Ermənistanı Moskvada qərbyönlü, Avropada isə rusiyayönlü hökumət kimi təqdim etmək üçün səy göstərən qüvvələr var. Bundan regionda sabitliyin pozulmasına haqq qazandırmaq üçün amil kimi istifadə edirlər””.

E. Şahinoğlu bildirib ki, bu sözlərin özü Paşinyanın Rusiya ilə Qərb arasında vurnuxduğunu göstərir:

“Moskvada Paşinyanı ona görə qərbyönlü kimi dəyərləndirirlər ki, 1) küçə yürüşləri vasitəsilə hakimiyyətə gəlib, bunu isə Kremldə xoşlamırlar; 2) nazirləri mütəmadi Vaşinqtona, amerikalı yüksək rütbəli rəsmilər və diplomatlar isə İrəvana müəammalı səfərlər edirlər. Paşinyanın “Ermənistanı Avropada rusiyayönlü kimi təqdim edirlər” ifadəsi isə hekayədir, sadəcə baş nazir bu cümlə ilə özünü sığortalamağa çalışıb. Paşinyan, Rusiya və digər tərəflərlə sıx əməkdaşlıq etməklə Ermənistanın regiondakı vəziyyəti nəzarətdə saxlaya biləcəyinə ümid etdiyini və Rusiya ilə strateji müttəfiqliyin vacibliyini vurğulayıb: “Çünki bu, “Ermənistanın təhlükəsizliyinin əsas amilidir”. Paşinyan Putinin hüzurunda başqa cür çıxış edə bilməzdi”.

Nuranə Daxilqızı

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026