• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakının xilası Azərbaycan-Türkiyə əməkdaşlığının tarixdəki əməli ugurlu nümunəsidir

SİYASƏT

15 Sentyabr 2022 | 17:41

Bakının xilası Azərbaycan-Türkiyə əməkdaşlığının tarixdəki əməli ugurlu nümunəsidir

“15 sentyabr 1918-ci ildə Bakının xilasınını ən əhəmiyyətli səbəblərindən biri onun böyük hərbi qələbə olmasıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Nazim Cəfərsoy bildirib.

Ekspert qeyd edib ki, 15 sentyabr 1918-ci ildə Bakının xilasının günümüz baxımından vurğulanması çox vacib olan əsas məqamları bunlardır:

“Bakının xilasının ən əhəmiyyətli səbəblərindən biri onun böyük hərbi qələbə olmasıdır. Bu hərbi qələbənin bizim üçün böyüklüyünü şərtləndirən 3 məqam var. Əvvəla, bu qələbə müasir tariximizin son 100 ildəki ən böyük hərbi qələbəsidir. Íkincisi, bu qələbə dövrün çox çətin geosiyasi, siyasi, hərbi və ictimai şərtlərində əldə oluması baxımdan xüsusi önəm daşıyır. Bu baxımdan Qarabağın işğaldan azad olunması üçün ən mühüm ilham mənbəyidir. Bizim babalarımız 100 il əvvəl çox daha çətin şərtlərdə bu qələbəni qazana biliblərsə, biz də bunu Qarabağda edə bilərik. Üçüncüsü, bu hərbi qələbənin bu günə qədər davam edən qalıcı strateji nəticələri var. Bu nəticələr Bakının Azərbaycan, Türk və müsəlman şəhəri, paytaxtımız olaraq qalması, müasir Azərbaycanın siyasi, iqtisadi və mədəni mərkəzi kimi milli tariximizdə və azadlıq mübarizəmizdə əvəzsiz rol oynamasıdır”.

N.Cəfərsoy bildirib ki, Bakının azad edilməsi müstəqil Azərbaycan Cümhuriyyətinin elanın praktiki məna daşıması baxımından da strateji əhəmiyyətə malikdir:

“Bu praktika həm tariximizin ən şərəfli səhifələrindən biri olma, həm də günümüzdəki Azərbaycan Respublikasının mövcudluğu baxımından da mühüm əhəmiyyətə malikdir. Bakının xilası tarixi erməni və bolşevizm formasında özünü göstərən rus imperializminin ənənəvi strateji yanaşmasının praktiki numunəsini göstərmək baxımından da önəmlidir”.

N.Cəfərsoy onu da deyib ki, Bakının xilası Azərbaycan-Türkiyə strateji əməkdaşlığının və milli dayanışmasının tarixdəki konkret əməli ugurlu nümunəsidir:

“Bu uğurda Ənvər Paşanın, Nuru Paşanın və bütövlükdə Osmanlı dövlətinin müəyyənləşdirici rolu danılmazdır. Osmanlı üçün Qafqaz İslam Ordusu hərəkatı insani, türkçü, islami və geosiyasi motivləri olan bir addım idi. Ən mühüm nəticələri isə yuxarıda bəhs etdiyim şəkildə özünü göstərib.

Bakının xilasına və ümumilikdə Qafqaz İslam Ordusuna ermənilər və bolşeviklər istisna olmaqla Azərbaycan xalqının bütün nümayəndələri öz gücləri nisbətində töhvə veriblər. Verilən 5 mindən çox şəhid bunun sübutudur. Bu mənada Bakının xilası və Qafqaz İslam Ordusunun uğuru həm də bütün Azərbaycan xalqının uğurudur”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026