Yeni il bayramı ərəfəsindəyik. Hər kəs bayramqabağı ucuz olsun deyə kənd təsərüfatı yarmarkalarına üz tutur. Ancaq yarmarkada satılan məhsullarla bazarda satılan məhsulların qiymətində demək olar ki, fərq olmur. Hətta bəzi qiymətlər yarmarkada daha baha olur. Hər halda bunu alıcıların özləri deyirlər. Qeyd etmək lazımdır ki, satıcılar yarmarkada yer haqqı ödəmirlər.
Belə olan halda, yarmarkaların təşkil olunması nəyə lazımdır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a deyib ki, biz azad bazar iqtisadiyyatı şəraitində yaşadığımızı qəbul etməliyik:
“Satıcı istənilən malı istənilən qiymətə sata bilər. Dövlət tərəfindən tənzimlənməyən mallar istənilən yerdə istənilən qiymətə satıla bilər. Heç kim buna müdaxilə edə bilməz. Lakin dövlətin tələbi budur ki, ödənilən puldan uyğun vergi versinlər. Mən neçə il əvvəl 28 mayda təşkil olunan yarmarka satıcılarından soruşdum, güclə cavab aldım və öyrəndim ki, onlardan külli miqdarda yerpulu alırlar. İndi vəziyyət necədir bilmirəm. O ki qaldı ərzaq yarmarkalarına, orda da ilk baxışda görünən budur ki, pul alınmır. Mən də düşünürəm ki, qiymətlər aşağı olmalıdır. Lakin istehsalçı öz malını istədiyi qiymətə sata bilər. Burda heç bir paradoks yoxdur”.
Nuranə Daxilqızı







jpg-1674800367.webp)








