Çin və Tayvan arasında gərginlik azalmır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin Tayvanı mümkün işğalı ilə bağlı sualları cavablandıran ABŞ müdafiə naziri Lloyd Austin rabitə kanallarının açıq olduğuna diqqət çəkib.
Bununla belə, Austinin açıqlamaları başqa bir bölgədə müharibəni alovlandıracaq tipdir. Belə ki, mübahisə doğuran Senkaku adalarından danışan Austin Çini nüvə ilə təhdid edib. O vurğulayıb ki, 1955-ci ildə imzalanmış ABŞ-Yaponiya Təhlükəsizlik Sazişinin 5-ci maddəsi qüvvədədir.
Nuranə Daxilqızı
















