Türkiyədə itkin düşən Rojinin meyiti tapılıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, 18 gündür axtarışları davam edən Rojinin cansız bədəni Van gölünün Molla Kasım Köyü sahilində tapılıb.
Qeyd edək ki, Van YYÜ Təhsil Fakültəsi Məktəbəqədər təhsil fakültəsinin 1-ci kurs tələbəsi Rojin Kabaiş (21) universitetə qəbul olduqdan sonra Diyarbəkirdən Vana gələrək sentyabrın 25-də yataqxanaya yerləşib.
Belə ki, sentyabrın 27-də onun qaldığı yataqxanada nahar etdikdən sonra Van gölünün sahilinə endiyi təhlükəsizlik kamerasına düşüb.
Mina Mikayılova







jpg-1731585289.webp)




