Oktyabrın 29-da İspaniyanın Valensiya bölgəsində baş verən daşqın nəticəsində evlərini itirən 500-dən çox ailə üçün yaşayış yeri axtarılır.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Valensiya muxtar hökuməti 500-dən çox ailənin seldə evlərini itirdiyini və evsiz qalan minlərlə insanın qorunması və rifahını təmin etmək üçün müxtəlif təcili yardım variantlarını qiymətləndirdiyini açıqlayıb.
Bildirilib ki, daşqından ən çox zərər çəkən Paiporta, Çiva və Torrent kimi rayonlarda texniki işçilər tərəfindən aparılan yoxlamalarda böyük dağıntı və uçma təhlükəsi olan onlarla ev üçün söküntü qərarları verilib, 500-ə yaxın evin isə söküntüsü ləğv edilib.
Evsiz ailələrin əksəriyyətinin hazırda yaxınlıqda və ya idman zallarında qaldığı bildirilsə də, muxtar hökumət hökuməti hər şeyini itirmiş insanların köçürülməsinə imkan verəcək mənzil tapmaq üçün zamanla yarışır.
Əli Hüseynov