• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

"20 Yanvar"dan Sumqayıta Saray yoluyla marşrut açılacaq? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

05 Dekabr 2024 | 12:59

20 Yanvardan Sumqayıta Saray yoluyla marşrut açılacaq? - RƏSMİ AÇIQLAMA

Bu il dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) inzibati binasının yaxınlığında) müəyyən edilib.

Sumqayıt şəhərinə yola düşən sərnişinlərin minməsi üçün avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq.

Bakıdan Sumqayıta getmək üçün insanlar iki yoldan - Ceyranbatan və Saray yolundan istifadə edirlər. Yeni açılacaq marşrut da Ceyranbatan istiqamətində hərəkət edəcək.

Xəbərin ardından sosial şəbəkələrdə insanlar Saraydan keçərək Sumqayıta gedən avtobusların da açılmasının vacib olduğunu bildiriblər. Əsaslandırıblar ki, “20 Yanvar”dan Sumqayıt Avtovağzalı istiqamətinə manatlıq avtobuslar, həmçinin, Bakı avtovağzalından Sumqayıt avtovağzalına gedən ekspres avtobuslar mövcuddur.

Aşağıdakılar sosial şəbəkə istifadəçilərinin bildirdiyi fikirlərdir:

“Sarayda və Sumqayıtın digər ərazilərində yaşayan insanların evlərinə rahat və tez gedib çatması üçün də 20 Yanvardan hərəkət edən avtobuslar olmalıdır”.

“Bu avtobuslarla getdikdə gərək, avtovağzalda düşüb, bir də yenidən başqa avtobusa minib ünvanımıza çataq. Bu isə həm pulumuza, həm vaxtımıza qənaət etmək baxımından əlverişsizdir”.

Maraqlıdır, metronun 20 Yanvar stansiyasından Saray yolu ilə hərəkət edəcək marşrutlar istifadəyə verilə bilərmi?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, gələcəkdə nə olacaqsa, ictimaiyyətə öncədən məlumat veriləcək.

O da əlavə olaraq qeyd olunub ki, Bakı avtovağzalından Sumqayıt avtovağzalına və əks istiqamətdə gedən 595 nömrəli avtobus olduğu kimi qalacaq. Yeni açılacaq marşrut xətti isə Bakı avtovağzalına deyil, 20 Yanvara gələcək və ordan yola düşəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 Dekabr 2024