Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı 2026-2029-cu illər üçün dövlət xərclərinin prioritet istiqamətlərini açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, o bildirib ki, bu dövrdə vəsaitin əsas istiqamətləri aşağıdakılar olacaq:
İqtisadiyyatın davamlı inkişafının təşviqi;
İşğaldan azad edilmiş bölgələrin bərpası, yenidənqurulması və məskunlaşdırılması;
Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi;
Sosial müdafiə və rifahın artırılması ilə bağlı layihələrin davam etdirilməsi;
Təhsil və innovasiya sahələrinin inkişafının dəstəklənməsi;
Səhiyyə xidmətlərinin modernləşdirilməsi və tibbi xidmət keyfiyyətinin yüksəldilməsi;
Ətraf mühitin qorunması və “yaşıl” iqtisadi inkişafın təmin edilməsi.
Əli Hüseynov
Bakı 



