• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

2030-cu ilədək dünyada nə qədər rəsmi iş yerinə ehtiyac olacağı açıqlanıb

İQTİSADİYYAT

07 May 2024 | 15:43

2030-cu ilədək dünyada nə qədər rəsmi iş yerinə ehtiyac olacağı açıqlanıb

2030-cu ilə qədər qlobal tələbi ödəmək üçün daha 475 milyon rəsmi iş yerinə ehtiyac olacağı proqnozlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gender bərabərliyi və ayrı-seçkiliklə mübarizə üzrə mütəxəssis Özge Berber-Agtaş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə" mövzusunda qiymətləndirməsinin əsas nəticələri ilə bağlı çıxışı zamanı deyib.

O bildirib ki, 2018-ci ildə qayğı sahəsində qlobal işçi qüvvəsi (təhsil, səhiyyə və sosial iş sektorlarında işləyən bütün şəxslər) 249 milyon qadın və 132 milyon kişidən ibarət olub ki, bu da qlobal məşğulluğun 11,5 %-ni təşkil edib: "Qayğı iqtisadiyyatının işçi qüvvəsində ən böyük paya malik olan səhiyyə və təhsil işçiləri ümumi qlobal məşğulluğun 6,5 %-ni təşkil edir. Eyni zamanda 2030-cu ilədək 60 yaşdan yuxarı əhalinin payı 40 % artacaq və qayğı resipiyentlərinin sayı təqribən 2,3 milyarda çatacaq".


SON XƏBƏRLƏR

18 May 2024