• Bakı 19° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

24 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

CƏMİYYƏT

14 Avqust 2024 | 17:39

24 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxs olan sığorta agentinə, 22 nəfər fiziki şəxs olan sığorta agentinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 1 hüquqi şəxsə verilmiş lisenziyaların qüvvəsini bir ay müddətinə dayandırıb.

Bakıvaxtı.az AMB-yə istinadla xəbər verir ki, bu qərar avqustun 13-də Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul edilib.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025