• Bakı 21° C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Bu imtahanların nəticələri elan olundu

CƏMİYYƏT

13 Sentyabr 2024 | 14:53

Bu imtahanların nəticələri elan olundu

Sentyabrın 8-də keçirilən buraxılış imtahanları və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirib.

İmtahanda iştirak edən şagirdlər müvafiq linkə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

Azərbaycan dili (dövlət dili kimi) imtahanının iştirakçıları isə buradan imtahan nəticələrini öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 16 sentyabr saat 11:00-dan 17 sentyabr saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.


SON XƏBƏRLƏR

17 Sentyabr 2024