• Bakı -0° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.7845

    RUB - 1.97

26 siyasi partiyadan 25-i seçkidə namizədlərlə iştirak edib - Ədalət Vəliyev

SİYASƏT

26 Fevral 2025 | 16:52

26 siyasi partiyadan 25-i seçkidə namizədlərlə iştirak edib - Ədalət Vəliyev

“Siyasi dialoq mühitinin bərqərar olunması ilə bağlı ali siyasi iradə mövcuddur”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri  bildirib.

Şöbə müdiri deyib ki, 2024-cü ildə baş vermiş önəmli hadisələrdən biri də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər olub: “Müstəqillik tariximizdə, o cümlədən parlament tariximizdə ilk dəfə olaraq 26 siyasi partiyadan 25-i seçkidə namizədlərlə iştirak etmiş, iştirakçılıq 99% olub. Həmişəki kimi bu seçkilərdə də irrasional davranış nümayiş etdirən və aqressivliklə özünü kənara çəkən yalnız Xalq Cəbhəsi Partiyası olub. Müqayisə üçün qeyd etməliyəm ki, 2020-ci il parlament seçkilərində iştirakçılıq təxminən 3 dəfə az ¬– 36,4% olmuş, 62 siyasi partiyadan cəmi 20 siyasi partiya seçkidə iştirak edib. Bundan əlavə, parlament seçkilərində qeydiyyata alınmış 991 namizəddən 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş və onlar bütün namizədlərin 30,7%-ni təşkil edib. 2020-ci il parlament seçkilərində isə 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb və onlar bütün namizədlərin 18,7%-ni təşkil edib”.

“Ölkədə həmrəylik mühitinin düşmənlərinin kim olduğunu da gördük”

PA rəsmisi bildirib ki, bu göstəricilər dayanıqlı demokratik ənənələrin formalaşmasına xidmət edir: “Bu cür yanaşmanın və siyasi dialoqun inkişafına xidmət edən bütün təşəbbüslərin real bəhrəsini gələcək nəsillər ölkəmizdə qorunmuş olan siyasi sabitlikdə görəcəklər. Ötən müddət ərzində bu yolu gedərkən biz dostlarımızı da tanıdıq, ölkədə həmrəylik mühitinin düşmənlərinin kim olduğunu da gördük. Əsas odur ki, ölkəmizdə siyasi dialoq mühitinin bərqərar olunması ilə bağlı ali siyasi iradə mövcuddur. Bütün xarici təzyiqlərə və qərəzli manipulyasiyalara rəğmən, ölkəmizdə siyasi müxtəliflik mövcuddur və siyasi partiyaların inkişafı üçün fundamental əsaslar təmin olunur. İdeoloji müstəvidə aparılan təxribatların isə qarşısı dərhal alınır. Burada heç bir güzəştdən söhbət gedə bilməz”.


SON XƏBƏRLƏR

26 Fevral 2025