• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

28 əcnəbi Gürcüstandan deportasiya edilib - azərbaycanlılar da...

DÜNYA

09 Iyul 2025 | 13:52

28 əcnəbi Gürcüstandan deportasiya edilib - azərbaycanlılar da...

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və aidiyyəti qurumlarla birgə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində aralarında Azərbaycan vətəndaşının da olduğu 28 əcnəbi şəxs ölkədən deportasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Bildirilib ki, deportasiya olunan şəxslər Azərbaycanla yanaşı, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, İsrail, Pakistan, Rusiya və Çin vətəndaşlarıdır.

“Mövcud qanunvericiliyə əsasən, ölkədən çıxarılan əcnəbilərin Gürcüstana girişi qadağan olunub”, – deyə məlumatda qeyd edilir.

Nazirlikdən bildirilib ki, Miqrasiya Departamentinin əsas vəzifələrindən biri ölkədə qanunsuz miqrasiya hallarının aşkarlanması və qarşısının alınmasıdır. Departament, eyni zamanda, Gürcüstanda qanuni əsaslar olmadan yaşayan əcnəbilərin müəyyən edilərək ölkədən çıxarılmasını həyata keçirir.


SON XƏBƏRLƏR