Gəncədə üç nəfərin avtomobillə vurulması, bir nəfərin döyülməsi iddiası ilə bağlı araşdırma aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq ekspertiza təyin edilib, ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.