• Bakı C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

33 il ərzində Azərbaycan Silahlı Qüvvələrinə vurulan ziyan açıqlandı

CƏMİYYƏT

18 Fevral 2025 | 20:38

33 il ərzində Azərbaycan Silahlı Qüvvələrinə vurulan ziyan açıqlandı

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, çıxış edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev elan edib ki, 1990-cı illərin əvvəllərindən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində müxtəlif iri və kiçik çaplı silahlar, sursatlar, artilleriya qurğuları, raketlərdən atəşlər açılmaqla edilmiş silahlı hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə arsenalına aid, 908 milyon manatdan artıq dəyərdə hərbi əmlaklar məhv edilib, yararsız hala salınıb və ya ələ keçirilib.


SON XƏBƏRLƏR

20 Fevral 2025