• Bakı 14° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

ADY son iki gündə daşıdığı sərnişin sayını AÇIQLADI

CƏMİYYƏT

20 Mart 2025 | 19:28

ADY son iki gündə daşıdığı sərnişin sayını AÇIQLADI

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 18-20 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib.

Bakıvaxtı.az ADY-yə istinadən xəbər verir ki, 18-20 mart tarixlərində bütün qatarlarda 100%-ə yaxın doluluq qeydə alınıb.

Qeyd olunub ki, tələbatı təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 28, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 20 əlavə reys təyin olunub, Bakı-Balakən-Bakı qatarlarına isə əlavə vaqonlar qoşulub.


SON XƏBƏRLƏR