• Bakı 15° C

    1.83 m/s

"37 ölkədə 49 seçki məntəqəsi yaradılıb" - Məzahir Pənahov

CƏMİYYƏT

06 Fevral 2024 | 14:54

"37 ölkədə 49 seçki məntəqəsi yaradılıb" - Məzahir Pənahov

37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

"Həmin məntəqələrdə artıq 23 minə yaxın seçici siyahıya alınıb. Səsvermə günü öz məntəqəsində olmayan şəxs qeydiyyatdan çıxma sənədi ilə istədiyi yerdə səs verə biləcək. Bu, həm xaricdə, həm də ölkədə yaşayan seçicilərə aiddir", - M.Pənahov vurğulayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR