• Bakı 24° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEO

Gündəm

18 May 2024 | 12:15

37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEO

Cari ilin may ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 254 hektardan çox ərazi minalardan tam təmizlənib.

Bakıvaxtı.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10463 ədəd piyada əleyhinə, 3318 ədəd tank əleyhinə mina və 12814 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Əsas səylərin azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.


SON XƏBƏRLƏR

15 Iyun 2024