• Bakı C

    6.99 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Odlu silahların təhvil verilməsi tədbirləri davam etdirilir

GÜNDƏM

17 Iyun 2024 | 11:27

Odlu silahların təhvil verilməsi tədbirləri davam etdirilir

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib.

Məlumata görə, iyunun 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 1 patron darağı və 1930 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.


SON XƏBƏRLƏR

26 Dekabr 2025