• Bakı 24° C

    19.53 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Ermənistan-Azərbaycan sərhədinə tikanlı məftillər ÇƏKİLİB

Gündəm

17 Iyun 2024 | 12:13

Ermənistan-Azərbaycan sərhədinə tikanlı məftillər ÇƏKİLİB

Ermənistanın Tavuş rayonu ilə Azərbaycanın Qazax rayonu arasında aparılımış  delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zəngəzur bölgəsinə səfər edən baş nazir Nikol Paşinyan yerli sakinlərlə görüşü zamanı bildirib.

O, sakinlərə tikanlı məftillərin fotosunu göstərərək bundan sonra insanların və ya heyvanların sərhəddin bir tərəfindən digər tərəfinə keçməsinin qeyri-mümkün olacağını qeyd edib.

Paşinyan delimitasiya prosesinin davamı nəticəsində sərhədlərin digər yerlərində də anoloji işlərin görüləcəyini açıqlayıb.


SON XƏBƏRLƏR

25 Iyun 2024