• Bakı 29° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

3x3 basketbol millimiz növbəti oyunlarını keçirəcək

İDMAN

13 Aprel 2024 | 09:54

3x3 basketbol millimiz növbəti oyunlarını keçirəcək

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, yığma Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə Monqolustan və Niderland kollektivləri ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq 11:55 və 13:45-də başlanacaq.

Millimiz ötən gün B qrupunda Çilini məğlub edib - 17:14.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.


SON XƏBƏRLƏR

08 Iyul 2025