• Bakı C

    15.08 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

4 kluba texniki məğlubiyyət verildi

İDMAN

19 Fevral 2025 | 14:07

4 kluba texniki məğlubiyyət verildi

AFFA Azərbaycan çempionatında çıxış edən 4 kluba texniki məğlubiyyət verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Fevralın 15-də U-14 Liqasında “Neftçi” ilə keçirilməli olan matça təyin edilən vaxtda çıxmadığına görə oyun baş tutmadığı üçün “Ramana” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-10 Liqasında çıxış edən “Pambıqçı” komandasına da eyni səbəbdən cəza verilib. Komanda “Ramal”la matça təyin edilən vaxtda çıxmadığına görə oyun baş tutmayıb. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Bərdə təmsilçisi yarışdan kənarlaşdırılıb.

U-13 Qızlar liqasında isə “Marxal” oxşar cəza ilə üzləşib. Komanda “Dinamo” ilə oyun üçün təyin edilən vaxtda meydanda omadığına görə 0:3 hesablı texniki məğlubiyyət alıb.

AFFA U-11 Liqasında “Olimpiya” komandasına da texniki məğlubiyyət verilib. Buna “Ağdam”la oyunda komandanın heyətində yetərsay olmaması səbəb olub. Nəticədə qarşılşama baş tutmadığına görə “Olimpiya” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.


SON XƏBƏRLƏR

20 Fevral 2025