• Bakı 15° C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Niderland millisinin üzvü yığmadan ayrıldı

İDMAN

20 Mart 2025 | 11:59

Niderland millisinin üzvü yığmadan ayrıldı

"Liverpul"un və Niderland millisinin futbolçusu Rayan Qravenberç yığmadan ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, yarımmüdafiəçi zədə səbəbindən düşərgəni tərk edib. O, bərpa prosesi keçmək üçün Liverpul şəhərinə gedib.

Niderland seçməsi Millətlər Liqasının 1/4 finalında İspaniya ilə qarşılaşacaq. İlk oyun martın 20-də Rotterdamda, cavab matçı isə 23-də Valensiyada keçiriləcək.


SON XƏBƏRLƏR

26 Aprel 2025