• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"Dünya kuboku Messiyə qəsdən verildi"

İDMAN

20 Mart 2025 | 11:28

Dünya kuboku Messiyə qəsdən verildi

Fransa millisinin sabiq futbolçusu Patris Evra qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, 43 yaşlı sabiq müdafiəçi Lionel Messinin Argentina yığması ilə DÇ-2022-nin qalibi olmasından danışıb: 

“Yaxşı, biz 2018-ci ildə dünya kubokunu qazanmışıq. Amma hamımız bilirik ki, 2022-ci ildə dünya kuboku sadəcə qəsdən Messiyə verildi. Artıq hər şey əvvəlcədən müəyyən edilmişdi. Hətta fransızlar da Messinin qalib gəlməsini istəyirdilər... Startda penalti... Fransa millisinin baş məşqçisi vəzifəsinə Didye Deşamdan sonra kim gəlirsə, şəxsən mən ona uğurlar arzulayıram. İnsanların “Daha bir il yarım dözməliyik” dediklərini eşidəndə, bunu hörmətsizlik əlaməti kimi qəbul etdim".

Xatırladaq ki, DÇ-2022-nin final matçında Argentina millisi Fransa ilə qarşılaşmışdı. Görüşün əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmışdı. Penaltilər seriyasında isə Argentina üstün olmuşdu. 


SON XƏBƏRLƏR

08 May 2025