• Bakı 15° C

    1.79 m/s

426 məhbus ƏFV EDİLDİ

CƏMİYYƏT

09 Aprel 2024 | 12:47

426 məhbus ƏFV EDİLDİ

Özbəkistanda prezident Şavkat Mirziyoyev sabah ölkədə qeyd olunacaq Ramazan münasibətilə əfv sərəncamı imzalayacaq.

Bakıvaxtı.az xəbər verir ki, sərəncama əsasən, 426 məhkumun faydalanacağı amnistiya çərçivəsində 335 məhkum azadlığa buraxılacaq, 91 məhkumun cəza müddəti qısaldılacaq.

Əfv olunan məhbusların 5-i qeyri-qanuni təşkilatın üzvü, 13-ü 60 yaşdan yuxarı, 50-si qadın və 11-i xarici ölkə vətəndaşıdır.

Qeyd edək ki, Şavkat Mirziyoyevin Ramazan bayramı ilə bağlı imzaladığı fərmanla ötən il ölkədə 541 məhbus əfv edilib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR