Hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində qeydiyyatda olan uşaqların sayı 106 min nəfərə yaxındır.
Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, 2024–2025-ci tədris ili üzrə ibtidai təhsil səviyyəsində 580 min 630 şagird təhsil alır.