• Bakı 11° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

6 uşaq atası olan 37 yaşlı çobanın meyiti tapıldı

HADİSƏ

13 Noyabr 2024 | 12:20

6 uşaq atası olan 37 yaşlı çobanın meyiti tapıldı

Dünən Göyçayın Hacalıkənd kəndində ehtiyatsızlıqdan kanala yıxılan şəxsin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, Yuxarı Şirvan kanalında batan 37 yaşlı Ağdaş sakini İlkin Bəhram oğlu Seyidovun meyiti bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aşkar edilib.

6 uşaq atası olan İ.Seyidov Göyçayın Qaraman kəndində çoban işləyirmiş. Onun dünən sərxoş halda kanalın üzərindən keçən boru ilə qarşı tərəfə keçmək istəyərkən yıxılaraq suya düşdüyü bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

13 Noyabr 2024