• Bakı C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Şəkidə üç nəfər canavarın hücumuna məruz qaldı 

HADİSƏ

13 Dekabr 2024 | 11:42

Şəkidə üç nəfər canavarın hücumuna məruz qaldı 

Şəkidə 3 nəfərə canavar hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb. Canavar C. İsayevə xəsarət yetirib.

    Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində isə canavar iki nəfərə hücum edib. Kənd sakini 68 yaşlı Səfərəli Hüseynəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədov xəsarət alıblar.

    Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub


    SON XƏBƏRLƏR