Noyabr ayında Dövlət Miqrasiya Xidməti (DMX) 55 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Almaniya, İsveç, Yunanıstan, Macarıstan, Çex və Fransadan geri qəbul edilmiş şəxslərdir. Proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, bu ilin ötən dövrü ərzində (yanvar-noyabr) 383 nəfər Azərbaycana readmissiya olunub.