• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AB Çindən gələnlərdən Covid-19 testinin tələb olunmasına qarşıdır

DÜNYA

30 Dekabr 2022 | 10:42

AB Çindən gələnlərdən Covid-19 testinin tələb olunmasına qarşıdır

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) bəzi ölkələrin Çindən gələn səyahətçilərə məcburi Covid-19 testi təklif etməsini "ədalətsiz" adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Çində 2020-ci ilin əvvəlindən tətbiq edilən “Sıfır Covid” strategiyasının ləğv edilməsindən sonra yoluxma sayında partlayış baş verib. Çin 8 yanvar 2023-cü il tarixində sərhədlərini yenidən açmağa hazırlaşarkən, Çinə gələn səyahətçilər üçün karantin başa çatacaq və Çin vətəndaşları üçün pasport müraciətləri davam edəcək.

ABŞ, İtaliya, Yaponiya, Malayziya, Tayvan və Hindistan da daxil olmaqla bir çox ölkə yoluxmaların sayının artmasından sonra Çindən gələn sərnişinlərə testlər və müxtəlif məhdudiyyətlər tətbiq etsə də, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) bu qərarı “ədalətsiz” adlandırıb.

Yoluxmaların sayındakı artımın Avropa Birliyinə (AB) təsirinin gözlənilmədiyini ifadə edən ECDC,"Ehtiyatlı olmağa davam edirik. Lazım gələrsə, təcili tədbirlər görməyə hazır olacağıq" deyib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026