• Bakı 21° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Türkiyədə ağır QƏZA: 4 nəfər öldü, 24 nəfər yaralandı

DÜNYA

29 Yanvar 2023 | 10:04

Türkiyədə ağır QƏZA: 4 nəfər öldü, 24 nəfər yaralandı

Türkiyənin Kayseri əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, avtobus yoldan kənara çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfər həlak olub, 24 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobus Malatyadan İstanbula gedirmiş. Hadisə yerinə çox sayda xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

Qeyd edilir ki, 3 nəfər qəza yerində, 1 nəfər isə xəstəxanada ölüb. Eyni zamanda bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Avtobus sürücüsü polislər tərəfindən saxlanılıb.


SON XƏBƏRLƏR

18 Aprel 2024