• Bakı 10° C

    13.67 m/s

  • USD - 1.7

    EUR - 1.9326

    RUB - 2.04

AB rəhbərliyi Rusiyanın hücumuna belə reaksiya verdi

DÜNYA

13 Aprel 2025 | 22:38

AB rəhbərliyi Rusiyanın hücumuna belə reaksiya verdi

AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Şurasının sədri Antonio Koşta Rusiyanın Sumun mərkəzinə bu səhər ən azı 34 nəfərin ölümü ilə nəticələnən hücumu ilə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, AB rəhbərləri bu barədə X sosial şəbəkə səhifəsində yazıb.

Kallas qeyd edib ki, Sumdan bu səhər çəkilmiş görüntülərdən "dərindən kədərlənib":

"Ukrayna qeyd-şərtsiz atəşkəs rejimini qəbul edərkən Rusiyanın hücumlarını artırmasının dəhşətli nümunəsi... Düşüncələrim bu gün Ukrayna xalqının yanındadır".

Koşta Rusiyanın Sum şəhərinin mərkəzinə cinayət xarakterli raket hücumundan hiddətləndiyini bildirib:

"Rusiya zorakılıq kampaniyasını davam etdirir, o, bir daha nümayiş etdirir ki, bu müharibə var və yalnız Rusiya belə qərar verdiyi üçün davam edir. Qəlbim qurbanlarla, onların ailələri və daha bir qəddar təcavüz aktından zərər çəkmiş bütün insanlarladır".

Qeyd edək ki, Rusiyanın bu gün səhər saatlarında Sum şəhərinə endirdiyi raket zərbələri nəticəsində indiyə olan məlumata görə, 34 nəfər ölüb, 117 nəfər yaralanıb.


SON XƏBƏRLƏR

14 Aprel 2025