Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyaları Rusiyanın ən böyük şirkəti “Rosneft”in Hindistanın neft emalı zavodundakı payını satmasına mane ola bilər .
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, “Nayara Energy”yə məxsus Vadinar neft emalı zavodu AB-nin yeni məhdudiyyətləri altına düşüb. Bundan əlavə, AB Rusiya neftindən alınan neft məhsullarının idxalına qadağa qoyub. “Rosneft” “Nayara Energy”nin 49,13%-nə sahibdir.
Nəşrin yazdığına görə, Rusiya şirkəti sanksiyalara görə gəlirlərini geri ala bilmədiyi üçün Hindistan müəssisəsindən çıxmağa çalışır. Həmçinin, rupi konvertasiya olunmayan valyutadır və Hindistan kapitalın çıxarılmasını məhdudlaşdırır./axar.az