"İran və Çin arasındakı münasibətlərin təməli ortaq dəyərlər və maraqlara söykənir".
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında yazıb.
O, paylaşımında Tehran və Pekin arasında sıx mədəni və sivilizasiya bağlarının olduğunu bildirən möhkəm tərəfdaşlığı alqışlayıb.
"Bölgəmizdə genişlənən münaqişə və terrorizm, qlobal səviyyədə dominantlıq cəhdləri fonunda İran və Çin sabitliyi qorumaq üçün həmişəkindən daha çox qərarlıdırlar", - deyə Əraqçı bildirib.
Gülşən Şərif