• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

ABŞ bunu Rusiya və İrana qarşı etdi: Sərhədə göndəriləcək qruplar...

SİYASƏT

17 Yanvar 2025 | 13:58

ABŞ bunu Rusiya və İrana qarşı etdi: Sərhədə göndəriləcək qruplar...

 "ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sazişinin bölgəyə təsirləri ilə bağlı optimist olmaq istərdim. Lakin söhbət hələ də Azərbaycanla sülh müqaviləsi imzalamamış Ermənistanın dünyanın siyasi-iqtisadi və hərbi mənada ən güclü dövləti sayılan ABŞ ilə strateji tərəfdaşlıq xartiyasını imzalamasından gedir".

Bu sözləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, ola bilər ABŞ-də Donald Tramp andiçməsindən sonra bu strateji xartiyanı bir kənara atsın:

"Amma nəzərə alaq ki, söhbət ümumilikdə iki dövlət arasında imzalanmış əməkdaşlıq sənədindən, münasibətlərin yeni mərhələyə qədəm qoymasını əks etdirən sənəddən gedir. Bu, ABŞ-nin seçim etməsi və Ermənistanın xeyrinə addım atmasıdır. Düzdür, ABŞ bunu Azərbaycana yox, Rusiya və İrana qarşı edib. Öz geosiyasi maraqlarını Cənubi Qafqazda həyata keçirmək üçün belə bir addım atıb”.

Müsahibimiz qeyd edib ki, mətnlə yaxından tanış olsaq, görərik ki, bu, 2009-cu ildə ABŞ və Gürcüstan arasında imzalanmış sənədə bənzəyir. Sadəcə indiki mətndə NATO məsələsi qeyd edilməyib.

Z.Məmmədovun dediyinə görə, sözügedən sazişdə təhlükəsizliklə bağlı Azərbaycan dövlətçiliyini təhdid edən məqamlar var:

"Nəzərə alaq ki, ABŞ-nin sərhədçiləri hələ Ermənistana gəlməyiblər. Amma Ermənistanda Avropa İttifaqının "xüsusi missiyası"nın patrul həyata keçirməsi fonunda belə erməni tərəfi Azərbaycana qarşı təxribatlara əl atmaqdadır. Ermənistan sərhədinə göndəriləcək amerikalı qruplar heç də əlləri ciblərində gəzməyəcək. Bu, faktiki olaraq ABŞ sərhədçilərinin bölgəmizə yerləşdirilməsi deməkdir”.

Zaur Məmmədov: Ermənistan sərhədinə göndəriləcək amerikalı qruplar heç də əlləri ciblərində gəzməyəcək

Politoloq bildirib ki, söhbət ilk növbədə İranla sərhəddən gedir:

“Lakin kim bilir, bəlkə Azərbaycanla şərti sərhədlərə yaxın yerləri əhatə edən gizli razılaşma da var. Digər yandan ABŞ və Ermənistan müdafiə nazirlikləri arasında, kəşfiyyat orqanları və kibertəhlükəsizlik məsələləri ilə bağlı da önəmli razılaşmalardan söhbət gedir. Əgər ABŞ-nin belə bir addım atmaqda məqsədi Rusiya və İrandırsa, Ermənistanın əsas qayəsi Azərbaycana təhlükə və təhdid yaratmaqdır".

Aydın Baxış


SON XƏBƏRLƏR