• Bakı C

    8.67 m/s

"Abxaziyadakı qondarma seçkiləri tanımırıq" - XİN

SİYASƏT

16 Fevral 2025 | 00:08

Abxaziyadakı qondarma seçkiləri tanımırıq - XİN

Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır. Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, bəyanatda qeyd olunub.


SON XƏBƏRLƏR

18 Fevral 2025